"Elə şeylər var ki, anamın yanında danışmaq istəmirəm" - Həbsxanada qətl


  • 12:23

Cəzaçəkmə müəssisəsində digər məhkumu öldürməkdə təqsirləndirilən Nurullah Əkbərlinin cinayət işi üzrə məhkəmənin baxış iclası baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsini hakimi Firdovsi Əliyevin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxsin hüquqi varisi qismində mərhumun bacısı Ruhiyyə Alxasova çıxış edib.

O, hüquqi varis qismində özünün iştirakına xitam verilməsini və anası 76 yaşlı Lətifə Şükürovanın hüquqi varis qismində tanınmasını istəyib.

Məhkəmənin qərarı ilə L.Şükürova hüquqi varis qismində tanınıb.

Dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktına görə, 10 noyabr 2025-ci il tarixində N.Əkbərli 7 saylı cəzaçəkmə müəssisəsində digər məhkum Xəqani Şükürovu öncədən hazırladığı deşici alətlə artıcıl zərbələr endirməklə qətlə yetirib.

Məlum olub ki, insidentə şantaj səbəb olub.

N.Əkbərli AR Cinayət Məcəlləsinin 120.1 və 317-2.1 -ci maddələri ilə təqsirləndirilir.

Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.

Sübutların tədqiqi ardıcıllığı təqsirləndirilən şəxsin daha sonra isə hüquqi varisin və şahidlərin dindirilməsi ilə davam edəcək.

Təqsirkəndirilən sonda ifadə vermək istədiyini deyib: “Bəzi məqamlar var ki, onu hüquqi varisin yanında danışmaq istəmirəm”.

Məhkəmənin növbəti iclası 3 iyun tarixinə təyin edilib.

Humau Eminqızı

Oxşar xəbərlər