Fazil Həsənəliyev: “Hüquqşünas tələbələrin yaxşı mütəxəssis kimi yetişmələrinə ehtiyac var”
"Azərbaycanda fəaliyyət göstərən ali təhsil ocaqları ilə belə olimpiadaların keçirilməsi hüquq sahəsi üzrə praktiki təcrübənin əldə edilməsinə, yaxşı motivasiyanın, sağlam rəqabətin hökm sürməsinə təkan verir".
E-huquq.az xəbər verir ki, bunu Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş Respublika Hüquq Olimpiadasının açılış mərasimində deyib.
O bildirib ki, bu gün hüququn ayrı-ayrı yeni sahələri formalaşıb. Qeyd edib ki, tələbələrin özlərini sınamaları və yaxşı mütəxəssis kimi yetişmələrinə ehtiyac var.
Şəbnəm Mehdizadə

