İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.
E-huquq.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində verilən vəsatət təmin edilib və V. Hacıyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, V. Hacıyev DTX-nın keçirdiyi əməliyyat zamanı saxlanılıb. O, bu gün Prezident İlham Əliyevin imzaladığı Sərəncamla vəzifəsindən azad edilib.
