Teleaparıcı Xose Bernardo və qardaşı Rafael Hüseynovun bıçaqlamaqda təqsirləndirilən Abutalıb Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim İlham Mahmudovun icraatına verilib.
Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, hadisə ötən il noyabrın 10-da Pirallahı rayonu Xanlar 29 ünvanında baş verib.
Belə ki, 1985-ci il təvəllüdlü Abutalıb Hüseynov X.Bernardo və onun qardaşı R.Hüseynovu mübahisə zəminində bıçaqlayıb. Yaralıların hər ikisi 3 saylı Şəhər Xəstəxanasına yerləşdirilib.
X.Bernardo ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. R.Hüseynov isə əməliyyat olunub.
İlkin məlumata görə, həkimlər R.Hüseynovun vəziyyətinin orta-ağır kimi qiymətləndiriblər.
Pirallahı RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən əvvəllər məhkum olunmuş A.Hüseynov saxlanılıb.
