Məzmuna keç

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirildi

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

E-huquq.az xəbər verir ki, iclasda Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyun ayının 12-nə təyin edilmiş iclasında baxılacaq.

Qeyd edək ki, MPM-in 403.2-ci maddəsindfə deyilir:

“Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadından təqdimat verə bilər”.