Bakıda 77 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu


  • 16:02

Bakıda dələduzluq etməkdə təqsirləndirilən Ümid Babayevin (şərti ad-soyad) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın məlumatına görə, Binəqədi Rayon Məhkəməsində hakim Samir Nəsibovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ü.Babayev Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ü.Babayev müxtəlif şəxslərə sayğac quraşdırmaq, torpaq alıb ev tikmək və ev satmaq kimi vədlər verib, bu vədlərdən istifadə edərək onlardan pul alıb və həmin pulları mənimsəyib. O, zərərçəkmişlərə ümumilikdə 77 650 manat ziyan vurub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər