Oğurladığı maşınla qəza törətdi


  • 11:26

Xırdalanda 18 yaşlı gənc qaçırdığı maşınla qəza törədib.

E-huquq.az xəbər verir ki, 2008-ci il təvəllüdlü Rəvan Məmmədov (şərti ad-soyad) Xırdalanda işlədiyi avtoyuma məntəqəsindən müştərilərdən birinin avtomobilini icazəsiz götürərək idarə edib.

O, “Volkswagen Jetta” markalı avtomobili işə salaraq qohumlarının yaşadığı Cəlilabad rayonuna getmək üçün yola çıxıb. Bakı-Ələt-Qazax yolunda, Şixlar stadionunun qarşısında avtomobili yolun kənarındakı dəmir konstruksiyalara vurub. Nəticədə avtomobilin ön hissəsi ciddi zədələnib və avtomobil sahibinə 5605 manat maddi ziyan dəyib.

Hadisə ilə bağlı R.Məmmədov barəsində Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə cinayət işi başlanıb.

Abşeron Rayon Məhkəməsində hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə R.Məmmədov avtomobili icazəsiz götürdüyünü etiraf edib. O bildirib ki, məqsədi yalnız avtomobili idarə etmək olub, avtomobili mənimsəmək və ya oğurlamaq niyyəti olmayıb.

Məhkəmənin hökmünə əsasən, ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər