Azərbaycanda apelyasiya məhkəmələrinin səlahiyyəti artırılır


  • 5 İyun 2020 13:55

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

E-huquq.az xəbər verir ki, Məcəlləyə təklif olunan dəyişikliklə apelyasiya instansiyası məhkəməsinin səlahiyyəti artırılır.

Belə ki, Məcəlləyə apelyasiya instansiyası məhkəməsi səlahiyyətləri sırasına xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üzrə icraat qaydasında verilmiş müraciətlərə baxılmasının da əlavə olunması təklif olunur.

Hazırda qüvvədə olan qanunvericiliyə əsasən isə apelyasiya instansiyası məhkəməsi Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada və hallarda birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş hökmündən və ya digər qərarından verilmiş şikayət və ya protestlərə baxmaq səlahiyyətinə malik olan məhkəmədir.

Məcəlləyə dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Oxşar xəbərlər