Məzmuna keç

Bakı Kommersiya Məhkəməsi personalının qidalanmasının təmin edilməsi ilə bağlı təklifləri qəbul edir

Bakı Kommersiya Məhkəməsi məhkəmə əməkdaşlarının qidalanmasının təmin edilməsi məqsədilə qidalanma (katerinq) sahəsində ixtisaslaşmış təşkilatların xidmət təkliflərlərinin qəbulunu elan edir.

Məhkəmədən e-huquq.az-a verilən məlumata görə, qidalanma xidmətlərinin təşkili üçün təklif göndərən ixtisaslaşmış təşkilatlar qida təhlükəsizliyi standartlarına ən yüksək səviyyədə cavab verməklə lazımi təcrübəyə, texniki imkana və personala, habelə müqavilə öhdəliklərini vaxtında və qüsursuz yerinə yetirmək imkanına malik olmalıdırlar.

Xidmət göstərilməsi üçün seçilmiş təşkilat 60-70 nəfərlik məhkəmə personal üçün qidalanma xidmətlərini həftənin iş günləri saat 13:00-14:30 aralığında göstərəcəkdir.

Seçim zamanı meyarlar qismində təklif göndərəcək təşkilatların ixtisaslaşmaları, təcrübələri, qida təhlükəsizliyi standartlarına nə dərəcədə cavab vermələri (müvafiq setifikatları), yemək assortimentləri və qiymət təkliflərinin məbləği nəzərə alınacaqdır.

Təkliflər hazırlanarkən məhkəmənin yeməkxanasında qidaların hazırlanması üçün mətbəx avadanlıqları və digər zəruri inventarların mövcudluğu nəzərə alınmalıdır.

Əlavə məlumat və təkliflərin göndərilməsi üçün aşağdakı telefon nömrələri vasitəsilə əlaqə saxlanıla bilər:

Ünvan: AZ-1040, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi

Şəhər nömrəsi: +994 12 525 20 74

Mobil nömrə: +994 50 983 94 20