Bu gün Ali Məhkəmədə külli miqdarda dələduzluqda təqsirləndirilən Elxan Babayevin barəsindəki qərardan verilən kassasiya protestinə baxılıb.
Vəkil Əli Hüseynovun e-huquq.az-a verdiyi xəbərə görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Ali Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin bəraət qərarını qüvvədə saxlayıb.
Qeyd edək ki, E.Babayev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham edilib. İttiham aktına əsasən, o, Bakıda 3 nəfərə qarşı 200 min manatdan çox dələduzluq edib.
E.babayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Məhkəmə onun barəsində elan olunmuş hökm ləğv edilib və ona bəraət verilib. E. Babayev məhkəmə iclas zalından azadlığıa buraxılıb. Bundan narazı qalan dövlət ittihamçısı kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib.
