Azərbaycanda daha bir hakim vəfat etdi


  • 27 İyun 2020 23:53

Bakı Apelyasiya Məhkəməsinin hakimi Müseyib Hüseynov dünyasını dəyişib.

E-huquq.az xəbər verir ki, bu barədə vəkil Orxan Kəngərli məlumat paylaşıb.

Vəkil qeyd edib ki, M. Hüseynovun ölüm səbəbi ona məlum deyil: "Ancaq onu deyə bilərəm ki, mərhumun qaraciyərində problem vardı və uzun müddətdir buna görə müalicə olunurdu".

Xatırladaq ki, M.Hüseynov son 15 gündə Bakı Apellyasiya Məhkəməsinin dünyasını dəyişən 3-cü hakimidir. Hakim Əflatun Qasımov iyunun 13-də, hakim Namiq Məmmədov isə iyunun 26-da vəfat edib. Onların hər ikisi COVID-19-a yoluxubmuş.

Allah rəhmət eləsin!

Oxşar xəbərlər