Məzmuna keç

Məhkəmə bacısının evdindən oğurluq etməkdə təqsirləndirilən şəxsə bəraət verib

Bacısının evdindən oğurluq etməkdə təqsirləndirilən şəxsə bəraət verilib

Bu gün Xətai Rayon Məhkəməsində oğurluqda təqsirləndirilən Kənan Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

K. Abbasovun vəkili Vəfa Abdullayevanın e-huquq.az-a verdiyi xəbərə görə, hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, K. Abbasovun cinayəti sübuta yetirilmədiyindən ona bəraət verilib. O, məhkəmə iclas zalından azadlığa buraxılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxs bacısının şikayəti əsasında həbs edilib. O, 200 manat məbləğində pul və telefon oğurlamaqda təqsirli bilinirdi.