Azərbaycanlı əsirlərlə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsinə sorğu verildi


  • 20 Noyabr 2020 16:11

Azərbaycanlı hərbi əsirlərə qarşı qeyri-insani rəftarla əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsinə sorğu göndərilib.

E-huquq.az xəbər verir ki, bu sözləri Azərbaycan Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov tvitter səhifəsində yazıb:

“Bu gün azərbaycanlı hərbi əsirlər - Amin Musayev və Bayram Kərimovla qeyri-insani rəftarla əlaqədar Ermənistana qarşı təcili olaraq müvəqqəti tədbirlərin tətbiqi məqsədi ilə Avropa İnsan Hüquqları Məhkəməsinə sorğu göndərdim”.

Qeyd edək ki, daha əvvəl sosial şəbəkələrdə adıçəkilən hərbi əsirlərimizə qarşı qeyri-insani rəftarı əks etdirən kadrlar yayılmışdı.

Oxşar xəbərlər