“Korrupsiyaya qarşı effektiv mübarizəni təmin etmək üçün hüquq-mühafizə orqanlarında, məhkəmə və ədliyyə sistemində çalışan şəxslərin əməkhaqlarını artırmalıyıq”.
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında deyib.
O bildirib ki, dövlət qulluqçularının əməkhaqlarının artırılması müsbət addımdır: “Bununla yanaşı, hakimlərin, ədliyyə, polis orqanları əməkdaşlarının, yəni dövlət qulluqçusu olmayan kateqoriyaya aid şəxslərin də əməkhaqlarının artırılmasına ehtiyac var”.
“Hazırda ali təhsilli polis zabitinin aylıq əməkhaqqı 700-800 manat təşkil edir və bu məbləğ indiki şəraitdə kifayət qədər aşağıdır”, – deyə deputat əlavə edib.
