Məzmuna keç

“Hüquqşünaslar Plenumun icraatına qəbul edilmiş sorğu və müraciətlərə dair öz yazılı rəylərini məhkəməyə təqdim edə bilərlər”

"Konstitusiya Məhkəməsində müasir yanaşmalar əsasında kommunikasiya strategiyası hazırlanıb".

E-huquq.az-ın məlumatına görə, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib.

O qeyd edib ki, həmin strategiya Konstitusiya Məhkəməsi ilə ictimaiyyət arasında əlaqələrin inkişafı, xüsusən Konstitusiya Məhkəməsinin fəaliyyəti ilə maraqlanan gənc və yeni nəsil hüquqşünasların Məhkəmənin fəaliyyəti ilə tanış olmaları və öz biliklərini konstitusiya ədalət mühakiməsinin həyata keçirilməsində tətbiqi üçün yeni imkanlar yaradır: "Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun icraatına qəbul edilmiş sorğu və müraciətlər Konstitusiya Məhkəməsinin rəsmi internet səhifəsində açıq şəkildə yerləşdirilir. Beləliklə, Plenumun icraatına qəbul edilmiş sorğu və müraciətlərə dair hüquq sahəsində öz biliklərinə güvənən hər bir hüquqşünas, o cümlədən hüquq üzrə təhsil alan tələbələr artıq öz yazılı rəylərini Məhkəməyə təqdim edə bilərlər".