Nərimanov Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi Zaur Xanbutayev cinaytət işi üzrə məhkəmə iclası başa çatıb.
E-huquq.az-ın xəbərinə görə, hakim Tural Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası avqustun 22-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu il aprelin 26-da Bakının Nərimanov rayonu ərazisində baş verib.
Belə ki, rayonun Xətai prospekti 25 saylı ünvanın qarşısında 1989-cu il təvəllüdlü Z.Xanbutayev idarə etdiyi “KİA Sorento” markalı avtomobillə piyada, 1951-ci il təvəllüdlü Abasov İsmayıl İbrahim oğlunu vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
