Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ramiz Yediyarovun cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.
E-huquq.az xəbər verir ki, iş üzrə məhkəmənin hazırlıq iclası avqustun 19-na təyin edilib. İşə hakim Maarif Kazımovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, R. Yediyarov barəsində Cinayət Məcəlləsinin 222-2.1-ci (müvafiq icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma) maddəsi ilə ittiham irəli sürülüb.
Zərərçəkmiş qismində Gədəbəy Rayon İcra Hakimiyyəti tanınır.
Xatırladaq ki, R.Yediyarov 2012-2018-ci illərdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
