Məzmuna keç

“AKABE” və “Embawood” şirkətləri cərimələndi

“AKABE” və “Embawood” şirkətləri cərimələndi

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası 2 şirkəti – “AKABE” və “Embawood” MMC-lər barəsində inzibati xəta haqqında protokol tərtib edib.

E-huquq.az-ın xəbərinə görə, Palata tərtib etdiyi protokolları baxılması üçün müvafiq məhkəmələrə göndərib.

Məhkəmə şirkətlərin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilinməsi barədə qərar çıxarıb.

Belə ki, “Akabe” MMC 200 min Rusiya rublu (5160 manat) və “Embawood” MMC isə 34860 (899 manat) Rusiya rublu məbləğində cərimə edilib.

Qərardan narazı qalan MMC-lər apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, “AKABE” MMC inşaat sahəsində 2000-ci ildən və “Embawood” MMC isə 1996-cı ildən etibarə n fəaliyyət göstərir.