Məzmuna keç

Keçmiş arvadını öldürmək istəyən şəxsin şikayəti əsasında məhkəmə başladı

Keçmiş arvadını öldürmək istəyən şəxsin şikayəti əsasında məhkəmə başladıb

Bakı Apellyasiya Məhkəməsində arvadını qısqanclıq zəminində bıçaqlamaqda təqsirli bilinən Sənan Seyidovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

E-huquq.az xəbər verir ki, hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası avqustun 28-nə təyin edilib.

Qeyd edək ki, Xəzər rayonu, Binə qəsəbəsində 1978-ci il təvəllüdlü R.İsayeva yaşadığı evdə keçmiş əri S.Seyidov ilə mübahisə edib. O, qısqanclıq zəminində qadına bıçaqla zərbə vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Daha sonra Xəzər Rayon Polis İdarəsinin əməkdaşlar tərəfindən hadisəni törədən S.Seyidov saxlanılıb. İstintaq orqanı tərəfindən S.Seyidovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.