Məzmuna keç

Rüşvətə görə həbs edilən sabiq polis əməkdaşı kassasiya şikayətini geri götürdü

Rüşvətə görə həbs edilən sabiq polis əməkdaşı kassasiya şikayətini geri götürdü 

Ali Məhkəmədə rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən Sərxan Sadıqovun barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

E-huquq.az-ın xəbərinə görə, hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Bildirilib ki, təqsirləndirilən şəxs kassasiya şikayətinin geri götürülməsi ilə bağlı məhkəməyə müraciət edib.

Ali Məhkəmə onların müraciəti təmin edib.

Qeyd edək ki, S.Sadıqov Bakı Şəhər Baş Polis İdarəsinə tabe olan “Bakı Metropoliteni”ndə polis şöbəsinin əməkdaşı olub. O, Sədrəddin Kərimov və Xəyyam Səfərzadəyə maşın nömrəsi alacağı vədini verib. Lakin S.Sadıqov sonradan verdiyi vədə əməl etməyib.
Ümumilikdə, həmin şəxslərə 17 min manata yaxın ziyan dəyib.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, S.Sadıqovun apellyasiya şikayəti təmin edilməyib.