Bakıda qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Bayramağa Novruzovun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.
E-huquq.az-ın xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, hadisə bu il aprelin 12-də günorta saatlarında Binəqədi rayonu, 9-cu mikrorayonda yerləşən parkda baş verib. 1962-ci il təvəllüdlü Əfqan Qurbanovu mübahisə zəminində qonşusu, 1951-ci il təvəllüdlü B.Novruzov “atvyortka” ilə qarnından vuraraq xəsarət yetirib.
Faktla bağlı cinayət işi başlanılıb, B.Novruzov şübhəli şəxs qismində tutulub.
