Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyevin növbəti qəbulu Kəngərli rayonunda olub.
E-huquq.az xəbər verir ki, Kəngərli Rayon Məhkəməsində vətəndaşları qəbul edən Ali Məhkəmənin sədri Qasım Əliyev onların müraciətlərini dinləyib. Qəbul zamanı müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər müraciətlərin həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.
