Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Elşən Əhmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
E-huquq.az-ın xəbərinə görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, E.Əhmədovun apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, E.Əhmədov 8 nəfərə qarşı dələduzluq edib. O, ümumilikdə, 1 milyon manata yaxın maddi zərər vurub. Həmin məbləğin 800 min manatı E.Əhmədovun keçmiş müdiri Faiq Quliyevə məxsusdur.
Zərərçəkmişlərə ev satmaq adı ilə dələduzluq etməkdə təqsirləndirilən E.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
O, daha əvvəl də dələduzluq və quldurluq ittihamları ilə iki dəfə məhkumluq həyatı yaşayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.
