Qaradağ Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi Vüqar Səlimovun cinaytət işi üzrə məhkəmə iclası başlayıb.
E-huquq.az-ın xəbərinə görə, hakim Teymur Qurbanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası avqustun 23-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu il aprelin 18-də Qaradağ rayonu ərazisində baş verib.
Belə ki, rayonun Xocahəsən yolu istiqamətində “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olan V.Səlimov yolun piyada üçün nəzərdə tutulmayan hissəsindən keçən piyada 1969-cu il təvəllüdlü Əsgərov Əli Əsgər oğlunu vurub.
Sürücü yaralını 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb, lakin Ə.Əsgərov dünyasını dəyişib.
