Məzmuna keç

Bərdədə qadını balta ilə qətlə yetirən şəxslərin cinayət işi məhkəməyə göndərildi

Bərdədə qadını balta ilə qətlə yetirən şəxslərin cinayət işi məhkəməyə göndərildi

Bərdədə 27 yaşlı qadını balta ilə qətlə yetirməkdə təqsirləndirilən Sadiq Hümbətov və Elçin Qurbanovun cinayət işi üzrə ibtidia istintaqı başa çatıb.

E-huquq.az-ın xəbərinə görə, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nural Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, bu ilin mart ayında Bərdə rayonunun Kətəlparaq kəndində İmişli rayon sakini E.Qurbanov qayınatasıgilə gedərək balta ilə həyat yoldaşı Nəbat Qurbanovanı qətlə yetirib. O, daha sonra qayınanası Rahilə Qarayevaya da balta ilə ağır xəsarət yetirib. Bununla da kifayətlənməyən şəxs evə od vuraraq 6 yaşlı övladını da götürərək gedib. Yaralı qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Bərdə Rayon Prokurorluğunun və rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayon sakinləri – 1996-ci il təvəllüdlü Sadiq Şükür oğlu Hümbətov və 1997-ci il təvəllüdlü Elçin Natiq oğlu Qurbanov tutulublar.