Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq əməkdaşı Hafiz Ağamalıyevun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
E-huquq.az-ın xəbərinə görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası avqustun 27-nə təyin edilib.
Qeyd edək ki, H.Ağamalıyev uzun müddət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad və Sabunçu rayon şöbələrində çalışıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq əməkdaşı Hafiz Ağamalıyev barəsində cinayət işi başlanıb.
Onun barəsində Cinayət Məcəlləsinin 34, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddəsi ilə ittiham irəli sürülüb.
