Məzmuna keç

“AAAF İnşaat” “Azərsu” ASC-ni məhkəməyə verdi

“AAAF İnşaat” “Azərsu” ASC-ni məhkəməyə verdi

“AAAF İnşaat” MMC “Azərsu” ASC-ni məhkəməyə verib.

E-huquq.az-ın xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən inşaat şirkəti ASC tərəfindən qanunsuz hesablanmış 29 854 manat borcun silinməsi barədə tələb irəli sürüb.

Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edib ki, “AAAF İnşaat” MMC-nin ərizəsi geri qaytarılmalıdır.

Belə ki, MMC 29 854 manat borcun silinməsi barədə tələb irəli sürüldüyü halda ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə etməyib.

Məhkəmənin qərarına əsasən, “AAAF İnşaat” MMC-nin ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılıb. Şirkət ərizədəki nöqsanları aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər.