Məzmuna keç

Kafedə tanımadığı şəxsi döyən Abşeron sakininin kassasiya şikayəti təmin edilmədi

Kafedə tanımadığı şəxsi döyən Abşeron sakininin kassasiya şikayəti təmin edilmədi

Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Nuran Dostəliyevin barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, N.Dostəliyevin kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, N.Dostəliyev Abşeron rayonu, Mehdiabad qəsəbəsi, "Qarabağ" şadlıq sarayının yaxınlığında olan "İkimərtəbə" kimi tanınan kafedə tanımadığı, sərxoş vəziyyətdə olan Elşən Babayevi mübahisə zəminində döyüb.

Kəllə-beyin tramvası ilə xəstəxanaya çatdırılan E.Babayevin həyatını xilas etmək mümkün olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Dostəliyev 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsaəsn, N.Dostəliyevin apellyasiya şikayəti qismən təmin edilib, onun 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası 3 ilə endirilib. Daha sonra N.Dostəliyev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.