Bakı-Sumqayıt younunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nurəddin Dadanovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.
E-huquq.az-ın xəbərinə görə, iş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Şövkət Nəcəfovanın icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, hadisə bu il mayın 1-də Bakı-Sumqayıt younun istismara verilməyən hissəsində baş verib. Sürücü 1959-cu il təvəllüdlü N.Dadanov üzü Masazır qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolun sol tərəfindən sağ tərəfinə keçmək istəyən piayada 1995-ci il təvəllüdlü Nihad Əliyevi və 1999-cu il təvəllüdlü Elşən Cəfərzadəni avtomobilin qabaq tərəfi ilə vurub.
Hadisə zamanı E.Cəfərzadə müxtəlif bədən xəsarətləri alıb, N.Əliyev isə hadisə yerində ölüb.
