Məzmuna keç

Tovuzda qəza törədən sürücünün cinayət işi məhkəməyə göndərildi

Tovuzda qəza törədən sürücünün cinayət işi məhkəməyə göndərildi

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Faiq Quliyevin cinayət işi üzrə ibtidia istintaqı başa çatıb.

E-huquq.az-ın xəbərinə görə, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası sentaybrın 2-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il mayın 13-də Tovuz şəhərində, avtovağzal yaxınlığında qeydə alınıb.

Belə ki, F.Quliyevin idarə etdiyi "VAZ-21099" markalı avtomobil idarəetmədən çıxaraq, yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı, Tovuz rayon sakinləri – 1985-ci il təvəllüdlü Mirzə Məhərrəm oğlu Yunanov və qonşusu, 1985-ci il təvəllüdlü Samir Novruz oğlu Musayev ağır xəsarət alaraq xəstəxanaya aparılıblar. S.Musayev aldığı xəsarətlərdən xəstəxanada ölüb.