Məzmuna keç

Sənan Hacıyev: “Cənab Prezidentin Fərmanında əksini tapan məsələlərin çoxu artıq həyata keçirilib”

"Cənab Prezidentin 2019-cu ildə imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanında əksini tapan məsələlərin bir çoxu artıq həyata keçirilib".

E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev "Avropa Hüquqşünas Tələbələr Assosiasiyası – Bakı” İctimai Birliyinin (ELSA Azərbaycan) təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondunun, Ali Məhkəmənin və Vəkillər Kollegiyasının dəstəyi ilə reallaşdırılan “Məhkəmə-hüquq islahatları mövzusunda gənclərin maarifləndirilməsi” mövzusunda keçirilən konfransda deyib.

S.Hacıyev təlim sessiyasında “Məhkəmə-hüquq sistemində islahatlar” mövzusunda təqdimatla çıxış edərək son illər ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları barədə məlumat verib. O, dövlətimizin başçısının 2019-cu ildə imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanında qanunvericiliyin təkmilləşdirilməsi, institusional dəyişikliklərlə yanaşı, kadr islahatları ilə bağlı məsələlərin də əksini tapdığını xatırladıb.