22.10.2026
“Azərbaycan-Ukrayna Beynəlxalq Alyansı”ndan hakimlərin xüsusi geyim formaları ilə bağlı təklif
Məhkəmə

“Azərbaycan-Ukrayna Beynəlxalq Alyansı”ndan hakimlərin xüsusi geyim formaları ilə bağlı təklif

Dek 16, 2021

“Azərbaycan-Ukrayna Beynəlxalq Alyansın” sədri Elmar Məmmədov Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinin xüsusi geyim formaları ilə bağlı təklif irəli sürüb.

Bu barədə Elmar Məmmədov e-huquq.az-a açıqlamasında bildirib.

O, bir çox Avropa ölkələrində Ali Məhkəmə hakimlərinin xüsusi formasına əlavə kimi taxılan boyunbağının Azərbaycanda da istifadə olunmasını təklif edib.

E.Məmmədov bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Milli Məclisin sədrinə, Ədliyyə Nazirliyinə və Ali Məhkəməyə məktubla müraciət etdiyini qeyd edib.

Alyans tərəfindən hazırlanan boyunbağının fotosunu təqdim edirik: