“Ola bilər ki, icra məmuru iş yükünün çox olması ilə bağlı hansısa tədbirləri görmür”
“Ola bilər ki, icra məmuru iş yükünün çox olması ilə bağlı hansısa tədbiri görmür. Belə olan halda İcra Baş İdarəsi tərəfindən tapşırıq verilir və hansısa tədbirlərin görülməsi ilə bağlı metodik köməklik göstərilir”.
Bunu e-huquq.az-ın sualına cavab olaraq Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Analitik-nəzarət şöbəsinin aparıcı məsləhətçisi Kəmalə Əhmədova deyib.
O bildirib ki, alimentin ödənilməsi ilə bağlı istər tələbkar, istərsə də borclular tərəfindən kifayət qədər şikayətlər olur: “Təbii ki, bu müraciətin məzmunundan asılı olaraq araşdırılır. Həmin araşdırmanın nəticəsindən asılı olaraq tədbirlər görülür. Bununla yanaşı tərəflərə icra məmurunun hərəkət və ya hərəkətsizliyindən məhkəməyə şikayəti izah olunur”.

