Məzmuna keç

Konstitusiya Məhkəməsində keçirilən Könüllü Proqramında iştirak edən gənclərə sertifikatlar təqdim edildi

Martın 1-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində könüllü olaraq fəaliyyətə cəlb edilən bir qrup gəncə sertifikatlar verilib.

E-huquq.az xəbər verir ki, “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, könüllü kimi iki ay müddətində fəaliyyət göstərib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən xüsusi sertifikatlar təqdim edilib.

Bildirilib ki, bu onların əmək fəaliyyətinə uğurlu bir keçid fürsəti olacaq.

Məhkəmənin fəaliyyətində iştirak edən könüllülər Bakı Dövlət Universiteti və ADA Universitetinin hüquqşünas ixtisası üzrə oxuyan tələbələridir.

Konstitusiya Məhkəməsində könüllülər Aparatın müxtəlif şöbə və sektorlarında təcrübə keçib, vətəndaşların qəbulunda bilavasitə iştirak edib, səlahiyyətli subyektlərin sorğu və müraciətləri, həmçinin vətəndaşların şikayətlərinin öyrənilməsi prosesi ilə yaxından tanış olublar.

Qeyd edək ki, Könüllü Proqramında könüllü kimi iştirak etmək arzusunda olan gənclərin sənədlərinin qəbulu davam etdirilir.