- 16 May 21:38
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı məhkəmədə iddia qaldırılıb.
E-huquq.az xəbər verir ki, "Caspian Paint Supply" MMC Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı vergi məsələləri ilə bağlı iddia qaldırıb.
İşə hakim Mehriban Qarayevanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, "Caspian Paint Supply" MMC Jotun istehsal markalı boya məhsullarının Azərbaycanda rəsmi distribyutorudur.
Rəşid Qarayev