Məhkəmə dələduzluqda ittiham olunan şəxsə bəraət verdi


  • 1 İyul 2022 14:37

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Ceyhun Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu barədə e-huquq.az-a vəkil Vasif İsrafilov məlumat verib. O deyib ki, hakim Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, C. Hüseynovun əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilib və məhkəmə iclas zalından azadlığa buraxılıb.

İttihama görə, C. Hüseynov etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə faktiki olaraq Bakı şəhəri ərazisində heç bir fəaliyyət növü ilə məşğul olmadığı, hər hansı sahədə çalışmadığı, yaxud kənar şəxslərlə birgə biznes əlaqələrinin olmadığı halda öz cinayətkar niyyətindən irəli gələrək qabaqcadan düşünülmüş şəkildə “iş birliyi’’ adı altında sərmayə qoymağı təklif edəcəyi yaxın tanışı YYY qızına 2020-ci ilin dekabr ayında hərracdan satılan avtomobillərin alqı-satqısı ilə məşğul olduğunu, “Muğan Bank” ASC-də işləyən guya “Ruslan” adlı dostunun olduğunu və həmin bankın balansında olan hərraca çıxarılacaq müxtəlif növ avtomobillərin yalnız həmin bankda depozit hesabında külli miqdarda pul olduğu halda qabaqcadan ucuz qiymətə alıb DİN BDYPİ-də rəsmiləşdirməklə yenidən satışa çıxarılıb əlverişli qiymətə satıb gəlir əldə edəcəyinə, guya özünün bankda depozit hesabının olduğuna inandırıb əlavə gəlirəldə etmək üçün pul lazım olduğunu bildirərək bu məqsədlə sərmayə şəklində 65000 manat verəcəyi pulun müqabilində dəyəri 7000-9000 manat civarında olan müxtəlif növ avtomobilləri alıb gələcəkdə bu fəaliyyətdən qısa müddətdə əldə ediləcək gəlirdən hər bir avtomobilə görə 1000 manat qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq 12 yanvar 2021-ci il tarixdə YYY qızından 65.000 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməklə AR CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədib.

Oxşar xəbərlər