Özünü “DOST"un işçisi kimi təqdim edərək vətəndaşların pullarını ələ keçirən şəxsin məhkəməsi başlayır


  • 2 İyul 2022 09:54

Özünü Dövlət Məşğulluq Agentliyinin işçisi kimi təqdim edərək vətəndaşların pullarını ələ keçirən Elman Nuriyevin məhkəməsi başlayır.

E-huquq.az xəbər verir ki, cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Cavid Səfərlinin icraatına verilib.

Qeyd edək ki, Aşağı Cürəli kənd sakini Elman Nuriyevin qanunsuz əməlləri barədə daxil olmuş müraciətlər əsasında araşdırma aparılıb.

“DOST İş Mərkəzi” MMC-də ictimai işlərə cəlb olunmuş E.Nuriyevin özünü Dövlət Məşğulluq Agentliyinin işçisi, yəni vəzifəli şəxs kimi təqdim edib vətəndaşları iş və ünvanlı dövlət sosial yardımla təmin edəcəyi barədə yalan vədlər verib. Onun 29 nəfərdən ümumilikdə 16 min manat pulu ələ keçirməsinə, həmin şəxsləri rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.

E.Nuriyevə qarşı Cinayət Məcəlləsinin 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə ittiham verilib.

Oxşar xəbərlər