Bakıda azyaşlını oğurlamaqda təqsirləndirilən qadının məhkəməsi başlayır


  • 5 İyul 2022 20:20

Bakıda iki yaşlı uşağı oğurlamaqda təqsirləndirilən Gültəkin Muradovanın barəsindəki cinayət işi üzrə istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib.

Qeyd edək ki, ötən il dekabrın 29-da iki yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyevin Sabunçu rayonu ərazisində oğurlanması ilə bağlı rayon Polis İdarəsinə məlumat daxil olub.

Faktla bağlı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.

Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində 2022-ci ilin yanvarın 8-də iki yaşlı uşaq tapılıb.

Onu oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər