Məzmuna keç

“Əsassız iddialar məhkəmələrin iş yükünü artıran amillərdən biridir”

"Məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun dərəcələrinin verilən iddiaların qiymətinə müvafiq olaraq diferensiasiya edilməsini tam məntiqli və zamanın ruhuna uyğun hesab edirəm".

Bunu e-huquq.az-a müsahibəsində Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Ə. Hüseynli bildirib ki, əsassız iddialar məhkəmənin iş yükünü artıran amillərdən biridir: "Müşahidələr göstərir ki, əslində əhəmiyyətsiz məsələlərlə bağlı əsassız olaraq yüksək məbləğdə qiymətləndirilən iddiaların sayı heç də az deyil və bu, çox zaman sui-istifadə hallarına şərait yaradır. Digər tərəfdən, yeni qanuna əsasən dövlət rüsumlarının artırılması yalnız yüksək məbləğlərə şamil olunur".