Məzmuna keç

Bakı Ağır Cinayətlər Məhkəməsinə maskasız daxil olmaq qadağan edilir

Bakı Ağır Cinayətlər Məhkəməsinə qoruyucu maska olmadan daxil olmaq qadağan edilir.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, sabahdan etibarən tibbi maskası olmayan şəxslərin məhkəmənin inzibati binasına daxil olmasına icazə verilməyəcək.

Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi qapalı məkanlarda maskalardan istifadə etməyi tövsiyə edib.

Xəyalə Bünyatova