Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi koronavirusa yoluxub.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, hakim İlham Mahmudovun koronavirus testinin nəticəsi pozitiv çıxıb. Bu səbəbdən onun icraatında olan işlər qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, İ.Mahmudov hazırda ev şəraitində müalicə olunur.
