Ukrayna məhkəməsi həbsdə olan Vətən müharibəsi iştirakçısı Misir Qasımlı barəsində qanunsuzluqları araşdıracaq


  • 10 Avqust 2022 14:17

Avqustun 9-da Kiyev Apellyasiya Məhkəməsində Azərbaycan vətəndaşı, İkinci Qarabağ müharibəsi iştirakçısı Misir Qasımlı və onunla birgə ittiham olunan Sübhan Quliyevin işi üzrə vəkillərin verdiyi vəsatət əsasında məhkəmə prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katibi Qabil Osmanlı məlumat verib.

O bildirib ki, prosesdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun İdarə Heyətinin üzvləri Vidadi İsrafilov, Fail Abidov, Azərbaycanın Kiyevdəki baş konsulu Samir Allahverdiyev, mətbuat və ictimaiyyət nümayəndələri iştirak edib.

"Vəkillərin haqlı tələbləri əsasında ilkin instansiya məhkəmələrində baş verən özbaşnalıqlar barədə hakimlərə ətrafli məlumat verildi. Məhkəmədə Diasporamızın sədri Hikmət Cavadın nümayəndəsi Anatoli Volkov çıxış edərək baş verən özbaşbalıqları tutarlı arqumentlərlə hakimlərə çatdırdı. Sonra vəkil dəfələrlə təqsirləndirən şəxsləri zaminə götürmək tələblərinin yerinə yetirilmədiyini qeyd etdi. Hakimlər baş verən qanunsuzluqları qeydə alaraq, işin araşdırılması üçün avqustun 16-na növbəti məhkəmə prosesini təyin etdi", - deyə Q.Osmanlı qeyd edib.

O, Misir Qasımlı və Sübhan Quliyevə sonadək dəstək olacaqlarını deyib: "Haqq-ədalət zəfər çalana kimi mübarizəmiz davam edəcək. Qarabağ uğrunda 44 günlük Vətən savaşına könüllü olaraq qatılan Misir Qasımlı və Sübhan Quliyevin hüquqları uğrunda hər kəs səfərbər olmalıdır!"

Qeyd edək ki, azərbaycanlılar Kiyevdə ərəbmənşəli İspaniya və Britaniya vətəndaşı olan iş adamının şikayəti əsasında saxlanılıb. Onlara qarşı adam oğurluğuna cəhd və soyğunçuluq maddələri irəli sürülsə də, 1 ildir sübut olunmur. M.Qasımlı və S.Quliyev Ukraynada paytaxt Kiyevdə istintaq təcridxanasında saxlanılırlar.

M.Qasımlı “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.

Oxşar xəbərlər