"Məhkəmə-hüquq sahəsində hazırda mühüm islahatlar aparılır. Ancaq hesab edirəm ki, bu islahatlar daha da dərinləşməlidir".
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev "1958-ci il Nyu-York konvensiyasının şərhinə dair beynəlxalq kommersiya arbitraj şurasının təlimatı: hakimlər üçün əl kitabı"nın təqdimat mərasimində çıxış edərkən deyib.
O bildirib ki, xarici investorlarla investisiya müqaviləsi imzalananda tərəflərə məhkəmə seçimi imkanı verilməlidir: "Yəni, investorlar- bizim məhkəmələrə müraciət etmədən birbaşa beynəlxalq arbitraj məhkəmələrinə müraciət imkanı verilməlidir".
