Məzmuna keç

Ali Məhkəmə piyadanın ölümünə səbəb olan sürücü barəsində bəraət qərarını qüvvədə saxladı

Bu gün Ali Məhkəmədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Yadigarovun barəsində məhkəmə qərarından prokurorluğun verdiyi kasssasiya protestinə baxılıb.

Bu barədə e-huquq.az-a vəkil Əli Hüseynov məlumat verib. O qeyd edib ki, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, prokurorun protesti təmin edilməyib, bəraət qərarı qüvvədə saxlanılıb.

Xatırladaq ki, hadisə ötən il iyulun 20-də Quba-Xaçmaz yolunda baş verib. Belə ki, N. Yadigarov yolu keçmək istəyən piyada 1956-cı il təvəllüdlü Şakir Ağarzayevi idarə etdiyi "Kia Betta" markalı avtomobillə vurub. Nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Quba Rayon Məhkəməsi N. Yadigarovun günahsız olduğu qənaətinə gələrək, ona bəraət verib.