Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi konstitusiya ədalət mühakiməsinin müasir inkişaf tendensiyalarının, həmçinin beynəlxalq təcrübənin Məhkəmənin fəaliyyətində tətbiq edilməsinə xüsusi diqqət yetirir.
E-huquq.az-ın məlumatına görə, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.
O bildirib ki, Konstitusiya Məhkəməsinin Plenumu qəbul edilən bir çox qərarlarında beynəlxalq hüquqi aktların, xüsusilə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın müddəalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna, həmçinin respublikamızın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, digər ölkələrin konstitusiya nəzarəti orqanlarının məhkəmə təcrübəsinə istinadlar edir.
