Məzmuna keç

Ali Məhkəmənin hakiminin səlahiyyətlərinə xitam verilib

Ali Məhkəmənin Mülki kollegiyasının hakimi İlqar Xələfovun səlahiyyətlərinə xitam verilib.

E-huquq.az xəbər verir ki, buna səbəb hakimin son yaş həddinə çatmasıdır.

Qeyd edək ki, İ.Xələfov 1957-ci ildə anadan olub. O, 2013-cü ildən Ali Məhkəmənin hakimi vəzifəsində çalışıb.