Sosial Tədqiqatlar Mərkəzinin (STM) məhkəmələrin fəaliyyəti ilə bağlı keçirdiyi sorğunun nəticələri açıqlanıb.
E-huquq.az xəbər verir ki, sorğuda iştirak edənlərin 30,4%-i məhkəmələrə tam etibar etdiyini bildirib.
Respondentlərin 28,8%-i isə məhkəmələrə əsasən etibar etdiyini deyib. Rəyi öyrənilənlərin 11,1%-i əsasən etibar etmədiyini, 20,7%-i isə heç etibar etmədiyini qeyd edib.
