Bakı Apellyasiya Məhkəməsi təkzib yaydı


  • 29 Noyabr 2022 15:11

"Bəzi kütləvi informasiya vasitələrində “Naxçıvanın sabiq daxili işlər naziri azadlığa buraxıldı” başlıqlı məqalə dərc olunub və məqalədə Bakı Apellyasiya Məhkəməsində Əhməd Əhmədovun şikayətinə baxıldığı və sabiq nazirin iddiasının təmin olunduğu qeyd olunub. Bakı Apellyasiya Məhkəməsi həmin məlumatı təkzib edir".

Bu barədə e-huquq.az-a məhkəmədən bildirilib.

"Bakı Apellyasiya Məhkəməsində Əhməd Əhmədov barəsində cinayət işinə baxılmayıb və bununla bağlı məhkəmədən mətbuata hər hansı məlumat verilməyib. Məhkəmə ilə dəqiqləşdirilməmiş və həqiqəti əks etdirməyən bu xarakterli əsassız məlumatların sosial şəbəkələrdə və KİV-də yerləşdirilməsi çaşqınlıq yaratdığına görə yolverilməzdir", - deyə məlumatda qeyd olunub.

Oxşar xəbərlər