Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri vəfat etdi


  • 7 Dekabr 2022 09:08

Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev vəfat edib.

E-huquq.az xəbər verir ki, o, bu gün səhər saatlarında ürək tutmasından 65 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, M.Nəbiyev 1957-ci ildə anadan olub. O, 2000-ci ildən Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin sədri, 2011-ci ildən isə Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri vəzifəsində çalışıb

Oxşar xəbərlər