"İnsanların hüquqlarının reallaşması üçün hakimin, məhkəmənin müstəqilliyi vacib şərtdir"


  • 7 Dekabr 2022 11:32

"İnsanların hüquqlarının reallaşması üçün hakimin, məhkəmənin müstəqilliyi vacib şərtdir".

E-huquq.az xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Azər Cəfərov “İnsan hüquqlarının əsas təminatları" mövzusunda konfransda çıxış edərkən deyib.

O bildirib ki, məhkəmənin müstəqilliyi və əlçatanlığı cəmiyyətdə insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması vəziyyətinin göstəricisidir.

Nazir müavini qeyd edib ki, məhkəmə müstəqilliyinin vacib şərtlərindən biri hakim vəzifəsinə təyinatın düzgün aparılmasıdır: "Ölkəmizdə hakim olmaq üçün hüquqşünas çoxsaylı imtahan və müsahibələrdən, hakim vəzifəsinə hazırlanması məqsədi ilə uzunmüddətli təlim və təcrübədən ibarət olan müsabiqədən keçir. Bu gün hakim korpusunun 80 faizini 2005-ci ildən tətbiq olunan və yeni qaydalarla seçilmiş hakimlər təşkil edir. Bu qaydalar Avropada ən mükəmməl qaydalardandır və seçim prosesinin obyektivlyini tam təmin edir. Son yaş həddinədək təyin olunması həm hakimin, həm də bütövlükdə məhkəmə hakimiyyətinin müstəqilliyi üçün əlavə zəmanət yaradır".

A.Cəfərov hakimin müstəqilliyi üçün onun toxunulmazlığının da vacib şərtlərdən olduğunu deyərək ölkəmizin qanunvericiliyi ilə yalnız hakimin şəxsiyyətinin imunitetinin deyil, həm də onun yazışmalarının, danışıqlarının konfidensiallığının qorunduğunu vurğulayıb: "İntizam məsuliyyətinə cəlb olunan hakimin hüquqlarının qorunması, müdafiə olunması üçün də kifayət qədər qanunvericilik mexanizmləri mövcuddur. Onun barəsində belə icraat yalnız Məhkəmə-Hüquq Şurası tərəfindən və yalnız qanunla müəyyən edilmiş subyektlərin müraciətlərinə baxılması nəticələrinə görə başlana bilər. İntizam icraatı üzrə araşdırmanın aparılması və hakimin intizam məsuliyyətinə cəlb olunması Şuranın hakim üzvlərinin müstəsna səlahiyyətindədir, onun hakim olmayan üzvləri bu prosesdə iştirak etmirlər. Bu zaman hakim öz həmkarı və ya vəkillə müdafiə oluna, barəsində qəbul olunuş qərardan Ali Məhkəmənin Plenumuna şikayət verə bilər".

Oxşar xəbərlər